Azərbaycanlı oliqarxın oğlu “Spartak”da

image-146232backend

“Lukoyl”un əslən azərbaycanlı prezidenti Vahid Ələkbərovun oğlu Yusuf Ələkbərov Rusiyanın “Spartak” klubunun Direktorlar Şurasına üzv qəbul olunub.

Qol.az “Championat”a istinadən xəbər verir ki, onunla yanaşı Zarema Salihova da kluba cəlb edilib. Sözügedən xanım Moskva klubunun prezidenti və səhmdarlarından biri Leonid Fedunun həyat yoldaşıdır.

Hər iki şəxs səhmdarların ümumi yığıncağının qərarı ilə klub rəhbərliyinə gətirilib.

Qeyd edək ki, Vahid Ələkbərov da “Spartak”ın səhmdarlarındandır

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90