İstanbulun Maltepe bölgəsində Özal Toraman adlı bir şəxs Cəmilə Toraman adlı azərbaycanlı həyat yoldaşını güllələyib.
Busaat.az “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə dünən Bakı vaxtı ilə 17:00 radələrində baş verib.
Özal və Cəmilə Toramanın əkiz qızları ilə 7 mərtəbəli binanın dördüncü mərtəbəsində yaşadığı məlumdur.
Bildirilir ki, Özal və xəstəxanaların birində mamaça olaraq çalışan Cəmilə arasında mübahisə yaranıb. Bu zamanı Özal ilk olaraq qızlarını evin bir otağına salaraq qapını bağlayıb. Bunun ardınca isə həyat yoldaşına atəş açıb. 38 yaşlı Toraman eyni silahla intihar etməyə cəhd edərkən yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralı cütlük xəstəxanaya yerləşdirilib.
Polis insidentlə bağlı araşdırmaya başlayıb.