Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft93.46 $▲1.87%
  • WTI neft86.86 $▲2.18%
  • Avropa qazı (TTF)85.38 €▲1.58%
  • Təbii qaz (ABŞ)3.148 $▲1.98%
  • Qızıl3 875 $▼0.05%
  • Gümüş47.66 $▲0.37%
  • Pambıq81.09 ¢▼0.32%
  • Buğda597.25 ¢▼0.38%
  • Bitcoin64 033 $▼1.21%
  • Ethereum1 783 $▼1.99%
  • S&P 5007 333▼1.17%
11°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Siyasət

Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirdi - Foto

image-bbc
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Natavan Qrup”u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ölkədəki Azərbaycan icması BBC teleradioyayım korporasiyasının əsas binasının qarşısında aksiya keçirib.

Busaat.az-a verilən məlumata görə, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.

Azərbaycanın dövlət bayrağı ilə aksiyaya qatılan soydaşlarımız jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. Posterlərdə “Mina xəritələrini verin”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir”, “Bizi minalardan xilas edin” şüarları əks olunub.

Aksiya iştirakçıları beynəlxalq təşkilatlara bəyanat ünvanlayaraq, dünya ictimaiyyətini, beynəlxalq medianı Ermənistanın təxribatçı hərəkətlərinə və azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmalarına biganə qalmamağa, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıb. Soydaşlarımız həmin bəyanatı BBC rəhbərliyinə də təqdim edib.

Aksiya zamanı yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=49907