“Azərsun Arena” nədir?!”, “İldən-ilə hövsələmizi yoxlayırlar” – NARAZILIQ

image-30127359_2135569846666110_5783360282256474112_n_copybackend

Məlum olduğu kimi, “Qarabağ” klubu növbəti mövsüm UEFA Çempionlar Liqasında mübarizə aparacaq.

Lakin Ağdam təmsilçisi rəqibini bu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda yox, “Azərsun Arena”da qəbul edəcək. Buna səbəb isə mərkəzi arenanın təmirə bağlanmasıdır.

Buna görə də “atlılar” növbəti Avropa macərasına tutumu 5.800 nəfər olan “Azərsun Arena”da başlayacaq.

Bu hal isə sosial şəbəkələrdə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, bir çoxu buna görə “Qarabağ”ı qınayır. Hər il Ağdam təmsilçisinin avrokubok matçlarına xeyli tamaşaçı gəldiyindən, bu məqam insanları narazı salıb. Onlar sosial şəbəkələrdə Ağdam klubuna yönəlik tənqidi şərhlər yazıblar.

Offsideplus.az belə şərhlərdən bir neçəsini təqdim edir:

“Belə şey olar? İldən-ilə hövsələmizi yoxlayırlar”

“5.800 nəfər elə bizim “kruqdur”. Hara yığılsın o qədər adam?”
“Azərsun Arena” nədir?! “Tofiq Bəhramov” bağlıdırsa, Bakı Olimpiya Stadionu var. Orda niyə keçirmirlər?”

“Bir sözlə, bu mövsüm “Qarabağ” xeyli tamaşaçı itirdi”

“Narazılığınızı klub rəhbərliyinə bildirin də. Necə olur ki, “Qarabağ” milyonlar qazanır, amma rəhbərlik 15-20 minlik stadion tikməyə xəsislik edir”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90