Həndbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşib.
Busaat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu gün qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gəliblər.
“AHF Arena”da baş tutan görüşdə 35:26 hesablı qələbə qazanan “Azəryol” adını finala yazdırıb.
Digər finalçı sabah keçiriləcək “Kür” – “İdman Akademiyası” görüşündə müəyyənləşəcək.