Babadağda həlak olan şəxsin meyiti TAPILDI – VİDEO

image-1660061866_cdbackend

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Busaat.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edək ki, avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağ dağında köməksiz vəziyyətdə qaldığı bildirilən şəxslərdən 3 nəfəri – Xudaverdiyev Niyyət Vüqar oğlu, Xudaverdiyev Ağa Aqil oğlu və qardaşı Xudaverdiyev Emil Aqil oğlu sağ tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90