Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.29 $▼0.57%
  • WTI neft88.30 $▼0.29%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.160 $▼2.17%
  • Qızıl3 877 $▼0.24%
  • Gümüş47.50 $▼3.30%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.50 ¢▼0.97%
  • Bitcoin64 830 $▼0.74%
  • Ethereum1 818 $▼0.90%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Kriminal

Bacısını uşaqlarının gözü önündə öldürübmüş

image-bicaq
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bu ilin 24 iyun tarixində Bərdə rayonunda 1988-ci il təvəllüdlü Həsənova Vəfa Nurəddin qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirmiş qardaşı, 1986-cı il təvəllüdlü Həsən Həsənovun məhkəməsi başa çatıb.

Busaat.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə H.Həsənov Cinayət Məcəlləsinin 120.2.4-cü (Xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

Araşdırmalar zamanı məlum olub ki, V.Həsənova 2006-cı ildə ailə həyatı qurub və 3 övladı olub. Üç il əvvəl onun həyat yoldaşının gözləri tutulub. Bir müddət sonra isə V.Həsənova kiçik övladı ilə birgə yaşadığı evi tərk edib. Bundan sonra H.Həsənov bacısı barədə yaxınlarından məlumat alıb və onu evə qaytarıb. Lakin o, bacısı barədə söz-söhbətlərdən təsirlənərək onun yaşadığı evə gələrək uşaqlarının və həyat yoldaşının yanında çoxsaylı zərbələrlə qətlə yetirib.

Məhkəmədə Vəfa Həsənovanın hüquqi varisi onu qətlə yetirən və 3 uşaq atası olan Həsəndən şikayətçi olmadığını bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Həsənova 14 il həbs cəzası verilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=129221