“Bakı-İstanbul üzrə uçuşlarda tələbələrə güzəşt edilməlidir” – Deputatbackend

“On-on beş tələbənin valideynlərinin bu vəsaiti ödəmək imkanı ola bilər, ancaq yüzlərlə tələbəyə bunu şamil etmək yanlışdır”.

Busaat.az xəbər verir ki, AZAL-ın saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlayıb.

İyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfəyədək artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə, Azərbaycana qayıtması üçün imkan yaranacaq. Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan Azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək.

AZAL-ın İstanbul üzrə uçuşlarının bərpa olunmasının sevindirici hal olduğunu vurğulayan Fazil Mustafaya görə, tələbələr üçün 30% güzəştin nəzərdə tutulması isə müsbət addım deyil:

“Hökumət ehtiyat fondlarında tələbələrin ödənişsiz gətirilməsi üçün vəsait ayırmalıdır. Əgər bir biletin onlayn qiyməti 375 manatdan yuxarıdırsa, bunun 30%-i 200 manatdan yuxarı olur. Aylardır pulsuz-parasız Türkiyədə qalmağa məhkum olmuş tələbənin bu qədər vəsaiti haradandır?! On-on beş tələbənin valideynlərinin bu vəsaiti ödəmək imkanı ola bilər, ancaq yüzlərlə tələbəyə bunu şamil etmək yanlışdır. Bu barədə dərhal qərar verilməlidir, tələbənin hələ ayrı-ayrı şəhərlərdən İstanbula gəlməsi, testdən keçməsi də az məsrəf etmir. Bu yükü ayrı yerdən gəliri olmayan tələbənin üzərinə qoymaq olmaz. Hökuməti bu məsələyə aydınlıq gətirməlisir”.

Gülay