Bakı məktəbində fond pulu yığılır: Komitə sədrinin səs yazısı – AUDİO

image-mekteb3backend

Bakıda daha bir məktəbdə valideynlərdən yığılan “fond pulu” narazılıqlara səbəb olub. Söhbət Sabunçu rayonu 310 saylı orta məktəbin 5 E sinfindən gedir. Valideyn komitəsinin sədri “Whatsapp” mesencerində yaratdığı qrupda hər şagirddən 10 manat məbləğində pul tələb edir. Hər bir valideyni “fond pulu”nu verməyə məcbur edən komitə sədri yığılan vəsaitin printer üçün kağıza və xadiməyə veriləcəyini bildirir.

Busaat.az xəbər verir ki, bu barədə Bizim.media-ya narazı valideynlər müraciət edib. Həmçinin faktla bağlı səs yazıları təqdim ediblər.

Səs yazısında “fond pulu” ilə yanaşı artıq geridə qalan Müəllimlər Günü ilə bağlı da hər şagirddən 30 manat pul yığıldığı qeyd olunur.

Valideynlərin bildirdiklərinə görə, məktəbdə vaxtaşırı pul yığılması hallarından təngə gəliblər. İddialarına görə, pulun yığılmasını məktəb rəhbərliyi tələb edir.

Məsələ ilə bağlı 310 saylı məktəblə əlaqə yaratdıq. Məktəbin direktoru Rəsmiyə Quliyeva “fond pulu” və digər məsələlər üçün pul yığılmasından xəbərsiz olduğunu bildirib:
“Mən heç bir sinifdən pul tələb etmirəm. Məktəbə heç nə lazım deyil. Nə lazımdırsa, var. Bu gün araşdıracağam, görüm nə məsələdir, niyə pul yığılır? Çünki biz valideynlərdən nə “fond pulu”, nə də başqa bir şey tələb edirik. Müəllimlərlə iclaslarda və valideynlərlə görüşlərdə də demişəm ki, məktəbdə printer və kseroks aparatları var, nə lazımdırsa, gəlin, həll edək”.

Direktor əlavə edib ki, elə bu gün valideynlərdən pul tələb edən sinif rəhbəri barəsində tədbir görəcək.

Qeyd edək ki, sözügedən məktəbin adı bundan əvvəl başqa bir qalmaqalda da çəkilib. Belə ki, həmin məktəbin müəllimi Leyla Niyazovanın 4-cü sinif şagirdini döyməsi iddia edilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki