Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft97.60 $▼2.07%
  • WTI neft90.41 $▼1.14%
  • Avropa qazı (TTF)85.33 €▼4.81%
  • Təbii qaz (ABŞ)2.967 $▲0.37%
  • Qızıl4 062 $▲0.21%
  • Gümüş52.12 $▲1.11%
  • Pambıq78.34 ¢▼0.01%
  • Buğda598.75 ¢▲0.59%
  • Bitcoin75 320 $▼0.85%
  • Ethereum2 213 $▼0.97%
  • S&P 5007 401▲0.60%
13°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071

Bakı metrosu açıldı - Yeni QAYDALAR FOTOLARDA

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası ərazisində tətbiq olunan xüsusi karantin rejiminin mərhələli yumşalma planına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Bakı metropoliteninin stansiyaları bu gün səhər saatlarından fəaliyyətə başlayıb.

Busaat.az-ın məlumatına görə, metro stansiyalarına yalnız yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk edən sərnişinlərin girişinə icazə verilir.

Stansiyaların girişlərində sərnişinlərin platformalara növbəli buraxılması üçün dəmir hasarlar quraşdırılıb. Stansiyalara tibbi maskasız daxil olmaq qadağan edilib və bu barədə girişdə xəbərdarlıq elanları yazılıb.

Bununla yanaşı, bütün stansiya vestibülləri və platformalarında sərnişinlərə sosial məsafə saxlamaq barədə maarifləndirici tablolar asılıb. Metronun bütün vaqonlarında da oturacaqlara həmin xəbərdarlıq elanları vurulub.

Qeyd edək ki, əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı Metropolitenində qatarların hərəkəti 31 mart 2020-ci il saat 22:00-dan dayandırılmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=9355