“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Qurban bayramı günlərində sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 6-9-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Busaat.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, qatarlar qeyd olunan tarixlərdə həm Bakıdan Qəbələyə, həm də əks istiqamətdə hərəkətdə olacaq.
Qatar Bakıdan Qəbələyə 7:30, Qəbələdən Bakıya isə 19:00-da yola düşəcək.