Bakı və İrəvan yaxın gələcəkdə sülh sazişi imzalaya bilər – Kreml

image-1392719backend

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın gələcəkdə imzalana bilər.

Busaat.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskovun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün gələn həftənin sonunda Moskvada görüşəcəklər.

“Nə qədər vaxt aparsa da, ən vacib olan yekun nəticədir. Ona görə də heç kim sülh müqaviləsinin nə vaxt imzalana biləcəyini dəqiq deyə bilməz”, – Peskov deyib.

“Baxmayaraq ki, dünən deyildiyi kimi vəziyyət xeyli dəyişib. Bu dəyişmiş şərtlər əslində sülh müqaviləsinin imzalanmasını vacib hala gətirir və gələcəkdə mümkündür”, – o əlavə edib.

Diplomat qeyd edib ki, danışıqlarda üç lider “razılıq əldə edib və baş nazir müavinlərinə gələn həftə görüşməyi tapşırıblar.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90