Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 359 $▼1.27%
  • Ethereum1 904 $▼1.22%
  • S&P 5007 562▼0.40%
14°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bakıda ağlagəlməz xidmət: ödənişlə qulaq sındırırlar - QİYMƏTLƏR

image-img_9094jpeg-1733876479
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
Son günlər Azərbaycanda maraqlı və eyni zamanda təəccüblü bir tendensiya müşahidə olunur.

Busaat.az xəbər verir ki, gənclər arasında “idmançı görünüşü” əldə etmək üçün qulaqlarını qəsdən zədələtmək dəbə çevrilib.

Bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və burada qulaqsındırma xidməti təklif olunur.

Sosial şəbəkələrdə bu “xidmət”i təklif edənlər, qulaqlarını qırdıqları şəxslərin videolarını paylaşaraq, yeni müştərilər cəlb etməyə çalışırlar.

Qiymətlər isə olduqca “əlverişli”dir.

Bakupost.az-ın əməkdaşı bu “xidmət”i göstərənlərlə əlaqə saxlayıb, qiymətlərlə maraqlanıb.

Bildiriblər ki, bir qulağın qırılması 50 manat, hər iki qulağın qırılması üçün isə 100 manat ödənilir:

“Əgər qulaqlar əvvəllər hansısa şəkildə zədələnibsə, xidmətin qiyməti bir qədər də arta bilər”.

Lor həkimi Elxan Zərgərov isə bildirib ki, qulağın bu cür sındırılması çox təhlükəlidir:

“Qulağı sındıranda içinə qan yığılır, qığırdaq qidalanmır və öz funksiyasını itirir. Nəticədə çapıq əmələ gəlir. Bu, eşitməyə çox zərər vermir, amma çox təhlükəlidir. Qulaq sındırılanda infeksiya keçə bilər, bu, hətta bəzən qulağın çürüməsiylə belə nəticələnə bilər. Mən bir çox ölkədə olmuşam, belə bir şeyi ancaq Azərbaycanda görürəm”. /Bakupost.az


MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155537