Bakıda azyaşlını işgəncə ilə qətlə yetirməkdə təqsirləndirilən şəxsə cəza istənilib

image-10backend
image-ad_qayo_720x110px

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Busaat.az “Unikal”-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

O, Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses martın 20-nə təyin edilib.

Qeyd edək ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.

Xatırladaq ki, zərərçəkən İpək Əhmədova “narkotik vasitələrin qanunsuz istifadəsi” maddəsi ilə həbs edilib.

Yaşar Abbasov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham elan olunub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki