Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir matç keçirilib.
Busaat.az Report.az-a istinadən xəbər verir ki, Bolqarıstan və Hindistan yığmaları D qrupunun oyununda üz-üzə gəliblər.
Milli Gimnastika Arenasında reallaşan qarşılaşmada avroplalılar 5:0 hesablı qələbə qazanıblar.
Qeyd edək ki, günün əvvəlki qarşılaşmalarında Mavritaniya Bəhreyni (2:0), Çad Rumıniyanı (4:2) məğlub edib. Fransa – Özbəkistan (3:3) və İngiltərə – Macarıstan (1:1) görüşlərində qalib müəyyənləşməyib.