Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft92.69 $▼2.71%
  • WTI neft88.50 $▲0.18%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.099 $▼1.87%
  • Qızıl3 855 $▼0.39%
  • Gümüş47.20 $▼0.26%
  • Pambıq81.40 ¢▲3.10%
  • Buğda591.25 ¢▲0.77%
  • Bitcoin64 301 $▼1.55%
  • Ethereum1 797 $▼2.03%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
Cəmiyyət

Bakıda bu tarixlərdə metro gecə saat 2-yə kimi işləyəcək

image-metro
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar “Bakı metropoliteni”nin iş rejimi 2 saat uzadılacaq.

Busaat.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bıxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, aprelin 28-dən 30-dək keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək:

“Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq.

Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək. Qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq. Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq”

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107890