Bakıda dəhşətli partlayışda həlak olan polisin toy görüntüləri – VİDEO

image-1672899789_1672895977_img-20230105-wa0008backend

Xəbər verdiyimiz kimi, iki gün öncə Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. Partlayış nəticəsində bir nəfər polis əməkdaşı həlak olub. Polis əməkdaşının toy görüntüləri sosial şəbəkələrdə yayılıb.

 

Hadisədə həyatını itirən şəxs polis Məhəmməd Babayev olub.

Busaat.az azxeber.com-a istinadən xəbər verir ki, o, polis bölmələrinin birində sürücü vəzifəsində xidmət edib. Mərhumun yeni ailə qurduğu bildirilir.

 

Qeyd edək ki, hadisə nəticəsində 1 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.

 

 

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90