Məzmuna keç
  • Azeri Light116.50 $▼7.66%
  • Brent neft103.54 $▼1.67%
  • WTI neft95.99 $▼1.12%
  • Avropa qazı (TTF)90.90 €▼2.73%
  • Təbii qaz (ABŞ)2.877 $▼0.24%
  • Qızıl3 952 $▲0.48%
  • Gümüş50.02 $▲0.86%
  • Pambıq77.29 ¢▼0.34%
  • Buğda598.00 ¢▼1.20%
  • Bitcoin77 278 $▲0.79%
  • Ethereum2 286 $▲1.64%
  • S&P 5007 563▲0.28%
16°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Gündəm

Bakıda əməliyyat: Külli miqdarda narkotik aşkarlandı - VİDEO

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 4 kiloqram heroin və tiryək aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Busaat.az-a verilən xəbərə görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki selofan torbaya baxış zamanı külli miqdarda – 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə edib.Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs tutularaq istintaqa təqdim olunub.

Əldə edilən narkotik vasitələrin mənbəyinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=28728