Elan saytlarının birində 50 minə kəmər satılır.
Busaat.az referans.az-a istinadən xəbər verir ki, 100 ildən çox yaşı olduğu vurğulanan bu kəmər, gümüş və təmiz dəri üzərində işlənilib.
Kəmərin qiymətinin bu qədər baha olmasının səbəbi dünyada həmin kəmərdən cəmi 9 ədəd olmasıdır.
Satıcı bildirir ki, muzeylər o qiymətə əşya almadıqları üçün eksponat kimi muzeyə vermək istəmir.
Real alıcı olduğu təqdirdə, əşyaya endirim ola bilər.