Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.31 $▲0.60%
  • WTI neft88.34 $▲0.49%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.154 $▼0.16%
  • Qızıl3 871 $▼0.04%
  • Gümüş47.40 $▼0.22%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda587.25 ¢▼0.04%
  • Bitcoin64 640 $▼1.03%
  • Ethereum1 814 $▼1.15%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Cəmiyyət

Bakıda inşa olunan metrostansiyadan görüntülər - Yeni stansiya harada açılacaq? - VİDEO

image-1681154311_1681153792_whatsapp-mage-2023-04-10-at-23_06_35-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.

Busaat.az Xəzər TV-yə istinadən xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.

Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.

İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.

Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov “Xəzər Xəbər”ə deyir ki, stansiyanın 4 giriş-çıxışı olacaq. Bu isə yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.

Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

BAKU.WS

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=106428