Məzmuna keç
  • Azeri Light126.16 $▲3.17%
  • Brent neft106.06 $▲0.72%
  • WTI neft97.73 $▲0.67%
  • Avropa qazı (TTF)93.45 €▼10.10%
  • Təbii qaz (ABŞ)2.878 $▼0.21%
  • Qızıl3 931 $▼0.05%
  • Gümüş49.31 $▼0.57%
  • Pambıq77.42 ¢▼0.98%
  • Buğda605.25 ¢▲0.00%
  • Bitcoin76 398 $▼0.36%
  • Ethereum2 241 $▼0.38%
  • S&P 5007 541▼0.52%
17°Bakı
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
  • USD1.7000
  • EUR1.9019
  • 100 RUB2.0923
  • GBP2.2760
  • TRY0.0340
  • AED0.4628
  • CNY0.2553
  • GEL0.6551
  • 100 KZT0.3753
  • UAH0.0375
  • 100 JPY1.0800
  • CHF2.0675
Hadisə

Bakıda işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb

image-isiqfor
İşıqfor
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Ötən gün Yasamal rayonu, Dadaş Bünyadzadə və Xiyabani küçələrinin kəsişməsində yerləşən işıqforda yaranan texniki nasazlıq aradan qaldırılıb.

Bu barədə Busaat.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Mərkəzə problemlə bağlı müraciət daxil olduqdan sonra NİİM-in əməkdaşları əraziyə baxış keçiriblər və işıqforda yaranan texniki problem həll edilib.

“Ümumilikdə isə paytaxt ərazisində işıqforların texniki vəziyyəti ilə bağlı monitorinqlər keçirilir. Yol hərəkəti iştirakçıları tərəfindən daxil olan məlumatlar dərhal yoxlanılır, müraciətlər yerində və rəqəmsal metodlarla diqqətdə saxlanılır. Paytaxt yollarında işıqforlarla bağlı hər hansısa bir problem aşkar edildikdə vətəndaşlardan xahiş olunur ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin sosial şəbəkə hesablarına və ya (012) 404 41 22 əlaqə nömrəsinə zəng vuraraq məlumat versinlər”, – NİİM-dən bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119108