Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.11 $▲1.45%
  • WTI neft88.95 $▲1.18%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.136 $▼0.73%
  • Qızıl3 866 $▼0.17%
  • Gümüş47.57 $▲0.14%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda586.50 ¢▼0.17%
  • Bitcoin64 456 $▼1.32%
  • Ethereum1 811 $▼1.27%
  • S&P 5007 562▼0.40%
9°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097

Bakıda katalizator oğrusu tutuldu - Fotolar

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxtın Nizami rayonunda yaşayan Bakı şəhər sakini olan bir nəfərin idarə etdiyi “Toyota Prado” markalı avtomobilin dəyəri 2000 manat olan səsboğucu sistemi (katalizator) naməlum şəxs tərəfindən oğurlanıb. Zərərçəkən şəxs bu barədə ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən dərhal hadisə nəzarətə götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, nəqliyyat vasitəsinin səsboğucu sistemi Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Talıb Ağalarov tərəfindən oğurlanıb. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan həmin şəxs ifadəsində törətdiyi hadisəni etiraf edib və oğurladığı səsboğucu sistemi Sumqayıt şəhərində 300 manata satdığını bildirib. Araşdırma zamanı Talıb Ağalarovun icarəyə götürdüyü daha bir “Toyota Prado” markalı avtomobilin də eyni üsulla səsboğucu sistemini oğurladığı məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin paytaxt ərazisində, eləcə də digər şəhər və rayonlarda da başqa nəqliyyat vasitələrinin səsboğucu sistemlərini oğurladığı istisna olunmur. Onun idarə etdiyi nəqliyyat vasitəsindən səboğucu sistemləri kəsib əldə etmək üçün istifadə etdiyi xüsusi alətlərin aşkar edilməsi bu fikiri irəli sürməyə əsas verir. Bu səbəbdən Talıb Ağalarovun ətrafında əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün onun barəsində 24-cü Polis Şöbəsində toplanan materiallar Nizami RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Qeyd olunan xüsusatlarla bağlı araşdırmalar davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=18752