Bakıda keçirilən dünya çempionatında kişilər arasında pnevmatik tüfəngdən 50 metr məsafəyə 3 mövqedən atəşaçma yarışında Avstriya təmsilçisi Aleksander Şmirl qızıl medal qazanıb.
Busaat.az-ın məlumatına görə, çexiyalı Pyotr Nimburski 459.2 xalla gümüş mükafata yiyələnib.
450 xal toplayan hindistanlı Akhil Şeorana isə üçüncü yeri tutub. Hindistanlı idmançının öz ölkəsinə olimpiya lisenziyası qazanması barədə Beynəlxalq Olimpiya Komitəsi də məlumat yayıb.
Paris-2024 Yay Olimpiya Oyunlarına digər lisenziyaları Avstriya, İsveçrə və Finlandiya atletləri qazanıblar.