Bakıda evdən iki qardaşın meyiti tapılıb.
Busaat.az xəbər verir ki, hadisə dünən axşam Sabunçu rayonu Zabrat qəsəbəsində baş verib.
52 yaşlı Həsənov Əli Xaliq oğlu və qardaşı, 55 yaşlı Rəhmanın meyiti evdə aşkar edilib.
İlkin müayin zamanı onların üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
İki qardaşın eyni vaxtda hansı səbəbdən ölməsi hələlik məlum deyil.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.(Qafqazinfo)