Bakıda məzar daşlarını dağıdan şəxs saxlanıldı – Video

image-594backend

Xəbər verildiyi kimi, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin balansında olan qəbiristanlıqda məzarların dağıldılması faktına görə Sabunçu rayon polis idarəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Busaat.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumata görə, Prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv tədbirlər nəticəsində qəbiristanlıqda təmir işləri görən 1989-cu il təvəllüdlü Seymur Daxilovun gördüyü iş müqabilində ödəniş edilmədiyi üçün aprelin 16-dan 17-nə keçən gecə qəbiristanlığa gələrək məzarların üzərindəki predmetləri zədələməsi, xatirə daşları və lövhələri dağıtmaqla kimi əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə Seymur Daxilov Cinayət Məcəlləsinin 245-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işi Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarətində saxlanmaqla ibtidai istintaq davam etdirilir. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki