Bakıda oğurluq edən QADIN: “Fikirləşdim bayramdı, polis axtarmaz”

image-1660808390_hebs-qadin-1backend

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 18-də Yasamal rayonu ərazisindəki evlərin birindən 500 manat, 2400 ABŞ dolları, 500 manat dəyərində qızıl-zinət əşyası və ətir oğurlanıb.

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini əvvəllər məhkum olunmuş F.Tağıyeva saxlanılıb.

Məlumata görə, F. Tağıyeva polisə ifadəsində bağışlanmasını xahiş edib. Onun digər sözləri isə təəccüb doğurub: “Fikirləşdim ki, bayrama düşür, polis axtarmayacaq”.

F. Tağıyeva oğurluq əməlini törədərkən tutulacağını güman etməyib. Ancaq polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə o, saxlanılaraq, istintaqa təhvil verilib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki