Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.44 $▼0.63%
  • WTI neft84.66 $▼0.95%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.162 $▼0.94%
  • Qızıl3 786 $▼1.13%
  • Gümüş45.74 $▼2.38%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.25 ¢▼0.86%
  • Bitcoin64 462 $▼0.63%
  • Ethereum1 805 $▼0.99%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
Gündəm

Bakıda prokuror və müavini yol hərəkəti qaydalarını kobud şəkildə pozdu – VİDEO

image-1618083546yol
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Arzu Babazadə sosial şəbəkələrdə prokuror və prokuror müavininin yol hərəkəti qaydalarını pozması ilə bağlı video paylaşıb.

Videodan aydın olur ki, 90 AZ 674 nömrə-nişanlı avtomobil yolun əks istiqamətində gələrək dayanıb. Ekspert avtomobilin sürücüsünə qayda pozuntusu ilə bağlı irad bildirsə də, sürücü ona prokuror və prokuror müavinini gətirdiyini bildirərək vəziyyətdən çıxmağa çalışır. A.Babazadə görüntüləri müvafiq qurumlara təqdim edəcəyini bildirdikdən sonra sürücü avtomobilə əyləşir.

Pravda.az-ın məlumatına görə, qaydanı pozan avtomobil Nərimanov rayon Prokurorluğuna aiddir. Həmin vaxt avtomobil rayon prokuroru Hidayət Nurəlibəyov və onun müavini Elgiz Qənizadəni gətiribmiş. Görüntülərdən də aydın olduğu kimi, hüquq və qanun keşikçiləri özləri insanların həyatına təhlükə yaradaraq mənzil başına yolun əks istiqamətilə varıblar. Əslində, sürücünün cavabı da bu iki şəxsin qayda-qanunlara olan münasibətini özündə əks etdirir. Hər bir halda, prokuror və müavini özləri qayda-qanunlara riayət etsəydilər, əməkdaşları onların adlarını verməklə özünü haqlı çıxarmağa çalışmazdı.

Ekspert videonu lazımi yerlərə təqdim etdikdən sonra həmin avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparılıb.

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=43359