Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 774 $▲1.04%
  • Ethereum1 814 $▲2.60%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bakıda saxlanılan sərxoş sürücü polisləri təhqir etdi, HƏBS OLUNDU

image-surucu
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda Yol Patrul Xidməti (YPX) əməkdaşları tərəfindən saxlanılan sərxoş sürücü polisləri təhqir edib. 

“Unikal”ın əldə etdiyi məlumata görə, hadisə fevral ayının 4-də baş verib. Belə ki, paytaxtın Binəqədi rayonu ərazisində YPX əməkdaşları tərəfindən saxlanılan sürücü Rasim Namazov (ad və soyad şərtidir) polis əməkdaşlarını təhqir edib.

YPX əməkdaşları Post Patrul Xidmətinə (PPX) məlumat veriblər. Hadisə yerinə 4-cü polis şöbəsinin əməkdaşları gedib. YPX və PPX əməkdaşlarını təhqir etməyə davam edən Rasim saxlanılaraq polis şöbəsinə aparılıb.

Saxlanılan şəxs İkinci Qarabağ müharibəsinin iştirakçısı olduğunu və polis əməkdaşlarının bunu nəzərə almadıqlarını bildirib.

R.Namazovla bağlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib olunub, baxılması üçün məhkəməyə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Rasim 1 ay müddətinə inzibati qaydada həbs olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=99555