Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft92.16 $▼0.34%
  • WTI neft84.44 $▼0.35%
  • Avropa qazı (TTF)86.40 €▲1.08%
  • Təbii qaz (ABŞ)3.173 $▲0.35%
  • Qızıl3 780 $▼0.18%
  • Gümüş45.88 $▲0.15%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.00 ¢▼0.04%
  • Bitcoin64 562 $▼0.48%
  • Ethereum1 810 $▼0.71%
  • S&P 5007 341▼1.07%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Kriminal

Bakıda silahlı insident: İş adamı hədələndi, 100 min manat tələb olundu - ƏMƏLİYYAT

image-1129006_-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxtın Sabunçu rayonunda yerləşən restoranlardan birinin sahibindən hədə-qorxu ilə pul tələb edən dəstə üzvləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Busaat.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Abdullayev, Nurlan Mamedov və Ruslan Abdullayev tutulublar.

Araşdırma zamanı müəyyən edilib ki, Ceyhun Abdullayevin tapşırığı ilə Nurlan Mamedov xarici ölkələrdən birində qeydiyyatdan keçən mobil telefon nömrəsi ilə zərərçəkənə zəng vurub özünü “Maqa” kimi təqdim edərək ondan 100 min manat tələb edib. Zərərçəkən qeyd edilən qanunsuz tələbi yerinə yetirmədiyi üçün onlar dəstənin digər üzvü Ruslan Abdullayevlə sövdələşərək iş adamının “Lexsus” markalı avtomobilinin onun yaşadığı Bakıxanov qəsəbəsində evinin qarşısında üzərinə alışdırıcı maddə tökərək yandırılmasını təşkil ediblər.

Saxlanılan şəxslər barəsində 13-cu Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=113392