Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft92.92 $▼5.51%
  • WTI neft87.12 $▼4.59%
  • Avropa qazı (TTF)86.54 €▲0.15%
  • Təbii qaz (ABŞ)3.212 $▲6.25%
  • Qızıl4 148 $▲0.37%
  • Gümüş53.32 $▲0.39%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda587.50 ¢▼0.68%
  • Bitcoin74 882 $▲0.21%
  • Ethereum2 131 $▲0.30%
  • S&P 5007 550▲2.37%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Bakıda tanınmış restoranda qanun pozuntuları aşkarlanıb - FOTO

image-1311567-0
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıdakı məşhur Dağlılar Balıq restoranında qanun pozuntuları aşkarlanıb.

Bu barədə Busaat.az– a Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.

Agentliyin əməkdaşları tərəfindən Binəqədi rayonunda yerləşən fiziki şəxs Pərviz Şakir oğlu Niftəliyevə məxsus “Dağlılar Balıq” ictimai iaşə obyektində yoxlama aparılıb.

Yoxlama zamanı balıq və balıq məhsulları üçün baytarlıq sənədlərinin olmaması, eləcə də son istifadə tarixi ilə satılan qida məhsullarının aşkarlanması halları aşkar edilib. Bundan əlavə, sanitariya-gigiyena standartlarına riayət edilməməsi, istehsal ardıcıllığı və məhsulların bitişikliyi prinsiplərinin pozulması, bəzi qida məhsullarının birbaşa döşəmədə saxlanılması, soyuduculardakı rəflərin korroziyaya uğraması, işçilərə ilkin və dövri tibbi müayinələrin aparılmaması, təmizlik işlərinin düzgün aparılmaması və bir sıra digər pozuntular müəyyən edilib.

Təhlükəsizlik göstəricilərini yoxlamaq üçün balıq məhsullarından nümunələr götürülmüş və laboratoriya müayinəsinə göndərilmişdir.

Bu hadisə əsasında sahibkara qarşı inzibati protokol tərtib edilib və aşkar edilmiş qanun pozuntuları aradan qaldırılana qədər qida müəssisəsinin fəaliyyəti dayandırılıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179162