Bakıda xarici vətəndaşlara işləyən şəxslər belə tutuldu: ƏMƏLİYYAT GÖRÜNTÜSÜ
Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Busaat.az İTV-yə istinadən xəbər verir ki, əməliyyat zamanı xarici ölkələrdə yaşayan narkotacilərə kuryerlik edən şəxslər saxlanılıb.
Polis əməkdaşları Yasamal rayonunda keçirilən əməliyyatda mopedlə kuryerlik edən şəxsin izinə düşüblər. Məlum olub ki, kuryer kimi fəaliyyət göstərən şəxs əslində narkotik vasitələr daşıyırmış.
Saxlanılan şəxslərin əməliyyat görüntüsünü təqdim edirik:
Loading...