Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 204 $▼1.49%
  • Ethereum1 898 $▼1.52%
  • S&P 5007 562▼0.40%
16°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Bakıda "yaşıl soyqırım": Nazirliyin binası qarşısında ağacları kəsdilər (FOTO/VİDEO)

image-1666331085_untitled-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakının Yasamal rayonu, Mikayil Müşfiq küçəsi 78 ünvanında şam ağacları kəsilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə dünən axşam Yasamal rayonunda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-lisey və Fövqəladə Hallar Nazirliyinin binası ilə üzbə-üz ərazidə baş verib.

Belə ki, dünən səhər əraziyə gələn Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları ağacları budamaq adı ilə orada iş aparıblar. Qurumuş ağac adı ilə ərazidə 6 şam ağacı kəsilib. Üstəlik kəsilən ağacların dibi yumuşaldılmamış yerinə kiçik şam tingi basdırıblar. Apardığımız araşdırma zamanı sözügedən ərazidə ümumilikdə 15-dən çox ağacın kəsildiyi məlum oldu.

Ərzidə yaşayan sakinlər bildirdilər ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları hər ay burda 4-5 ağac kəsirlər. Belə gedişlə ilin sonuna qədər ərazidə ağac qalmayacaq. Kəsdikləri ağacların yerinə isə kiçik bir tingi bərkidirlər. Bir neçə aya onlar da quruyub gedir. Eyni üsulla yenə də kəsilənlərin yerinə “ağac əkimi” həyata keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova Qaynarinfo-ya açıqlamasında bildirib ki, hazırda sözügedən ərazidə ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır. Nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

 

 

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=88211