Məzmuna keç
  • Brent neft95.51 $▲0.25%
  • WTI neft88.51 $▲0.19%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.125 $▼1.04%
  • Qızıl3 867 $▼0.08%
  • Gümüş47.66 $▲0.72%
  • Pambıq81.51 ¢▲3.24%
  • Buğda591.00 ¢▲0.72%
  • Bitcoin64 447 $▼1.33%
  • Ethereum1 804 $▼1.67%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İqtisadiyyat

Bakıda yeni binalarda yaşayanların nəzərinə - VİDEO

image-baki
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Paytaxt ərazisində 10 mindən çox mənzil sahibi çıxarış ala bilmir.

Busaat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, buna səbəb isə, yaşadıqları binanın istismara təhvil verilməməsidir.

Yeni tikili binaların istismara təhvil verilməməsinin isə müxtəlif səbəbləri var. Tikinti məsələləri üzrə ekspert Elnur Azadov deyir ki, ölkə ərazisində tikilən və tikilməkdə olan təxminən 2 minə yaxın bina var ki, onların da böyük bir qismi istismara verildiyindən, sakinlər rahatlıqla çıxarış əldə edə biliblər. Lakin…

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucovun sözlərinə görə, əgər binanın istismara yaraması üçün mane olan problemləri həll olunan səviyyədə deyilsə, sakinlərə ya yeni binadan mənzil, ya da konpemsasiya verilməlidir.

Vüqar Orucov bildirib ki, bu sahədə sərt nəzarət mexanizmi tətbiq olunmalıdır. Çünkü sakinlər istismara həqiqətən yararsız olan binada yaşamağın təhlükəli olduğunu bilsələr də, yaşamağa davam edirlər.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən bildirilib ki, həmin binaları tikən şəxslərin bəziləri bu gün həyatda yoxdur, bəziləri də müxtəlif cinayət əməllərinə görə məhkum olunublar. Bu binalardakı qüsurlar aradan qaldırılmadan istismara qəbulu haqqında qərar verilə bilməz və binalar haqqında bütün məlumatlar, o cümlədən qüsurların aradan qaldırılması üçün xərclər barədə məlumatlar yuxarı orqanlara təqdim olunub. Yəqin ki, gələcəkdə həmin 67 bina barədə də hansısa addımlar atılacaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=127126