Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft96.18 $▲1.52%
  • WTI neft89.03 $▲1.27%
  • Avropa qazı (TTF)89.55 €▼4.43%
  • Təbii qaz (ABŞ)3.117 $▼1.33%
  • Qızıl3 861 $▼0.31%
  • Gümüş47.31 $▼0.42%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda589.00 ¢▲0.26%
  • Bitcoin64 651 $▼1.02%
  • Ethereum1 809 $▼1.38%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
  • USD1.7000
  • EUR1.8731▼0.0074
  • 100 RUB2.0649▲0.0138
  • GBP2.2453▼0.0042
  • TRY0.0337▼0.0001
  • AED0.4628
  • CNY0.2548▼0.0001
  • GEL0.6561
  • 100 KZT0.3816▼0.0010
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0653▲0.0022
  • CHF2.0259▼0.0097
İqtisadiyyat

Bakının bu ünvanında söküntü - 170 ailəyə pul veriləcək - VİDEO

image-200
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bakıda Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranmasını xəbər vermişdik.

 

Məsələnin ictimailəşməsindən sonra “ARB Xəbər” “Kubinka”da olub, həm sakinləri, həm də şirkət rəsmisini danışdırıb.

 

Sakinlərin bir qismi açıqlamasında bildirib ki, onlara pul yox, yeni tikiləcək binadan mənzillər təklif edilib. Digər qisim binaların uzun müddətə tikiləcəyini əsas gətirərək şirkətlə aralarında problem yarandığını dilə gətirib.

 

“RR Constructions” tikinti şirkətinin direktoru Rafael Abdullayev isə deyib ki, 5 hektar 60 sot ərazini əhatə edəcək layihə mərhələli şəkildə tikilərək sakinlərə təhvil veriləcək. Layihənin ilkin mərhələsində 238 ailənin köçürülməsi nəzərdə tutulub ki, onların 170-i şərtlərlə razılaşaraq müqavilə bağlayıblar.

“Bütün evlər qəzalı vəziyyətdədir və FHN-in buna dair rəyi var. Vətəndaşların haqqına girilmir və mövcud neçə kvadrat evləri varsa, üstünə əlavə edilməklə mənzil verilir. Kirayə haqları kartlara oturdulur, bünövrəyə başladıqdan sonra iki ilin tamamında tam təmirli mənzillərə qovuşacaqlar”, – deyə Rafael Abdullayev əlavə edib./Baku.ws

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=107336