Balotelli: “Mən ərəb rəqəmlərindən çox böyük olan Çin təklifindən imtina etdim”

image-mario-balotellibackend

İtaliya millisinin və bir sıra Avropa klublarının sabiq hücumçusu, hazırda “Sion”da çıxış edən Mario Balotelli bir vaxtlar Çindən gələn çox rəqəmli təklifdən imtina edib.

Busaat.az xəbər verir ki, bu barədə Corriere dello Sport məlumat yayıb.

Onun sözlərinə görə, bu təklif ulduzların Səudiyyə Ərəbistanındakı hazırkı müqavilələrindən qat-qat yüksək olub.

“Mən ərəb rəqəmlərindən çox böyük olan Çin təklifindən imtina etdim. Sonra futbol oynamağı və Marseldə qalmağı seçdim”, – deyə Balotellidən bildirib.

Xatırladaq ki, 32 yaşlı Balotelli 2022-ci ilin avqustunda Türkiyənin “Adana Dəmirspor” klubundan keçərək “Sion”un futbolçusu olub. Tərəflər arasında müqavilənin müddəti 2024-cü ildə başa çatır.

Balotelli əvvəllər “Monza”, “Breşiya”, “Marsel”, “Nitsa”, “Liverpul”, “Milan”, “Mançester Siti” və “İnter”də çıxış edib. İtaliya millisində də 36 oyun keçirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki