Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.78 $▼3.99%
  • WTI neft82.70 $▼2.41%
  • Avropa qazı (TTF)83.10 €▼2.79%
  • Təbii qaz (ABŞ)3.190 $▲0.89%
  • Qızıl3 774 $▼0.34%
  • Gümüş45.70 $▼0.24%
  • Pambıq81.31 ¢▼0.07%
  • Buğda603.25 ¢▼0.33%
  • Bitcoin64 612 $▼0.40%
  • Ethereum1 809 $▼0.74%
  • S&P 5007 341▼1.07%
13°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
İdman

“Barselona”dan İsrail klubuna ŞOK CAVAB

image-barselonayeruselim
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Barselona” İsrailin “Beytar” klubu ilə Yerusəlim (Qüds) şəhərində yoxlama görüşü keçirməkdən imtina edib.

Busaat.az xəbər verir ki, bu haqda İsrail mətbuatı məlumat yayıb. Bu görüşün avqustun 4-də keçirilməsi nəzərdə tutulsa da, İsraillə Fələstin arasındakı siyasi gərginlik səbəbindən oyun baş tutmayacaq.

“Beytar”ın (Yerusəlim) sahibi Moje Xoqeq özünün Feysbuk səhifəsində yazıb: “İmzalanması üçün mənə təqdim olunan müqaviləni görəndə orada qəbulolunmaz şərtə rast gəldim. Orada qeyd edilmişdi ki, oyun bizim paytaxtımız Yerusəlimdə keçirilməməlidir. Digər tələblər də vardı ki, bunları ürəkağrısı ilə oxudum. Bir müddət fikirləşdikdən sonra qərara gəldim ki, mən ilk növbədə qürurlü yəhudi və israilliyəm. Yerusəlimi sata bilmərəm”.

Yerusəlim (Qüds) meri Moşe Lion isə bildirib ki, oyunun keçirilməsi üçün onların şəhərini blok edən komandanın, ümumiyyətlə, İsrailə gəlişinə qadağa qoyulmalıdır.

“Barselona” klubundan isə bildirilib ki, bu oyunun keçirilməsi üçün heç vaxt təkid etməyiblər. Daha öncə Fələstin Futbol Assosiasiyası “Barselona” klubuna məktub ünvanlayaraq görüşün Yerusəlimdə (Qüdsdə) keçirilməsinə etiraz edib.

“Beytar” İsraildə yeganə klubdur ki, tarixi ərzində heyətinə ərəb futbolçu cəlb etməyib.

QOL.AZ

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=52375