
"Barselona"dan Messi ilə bağlı növbəti AÇIQLAMA
“Barselona”nın prezidenti Joan Laporta klubla müqaviləsi iyunun 30-u başa çatan hücumçu Lionel Messi haqda danışıb.
Busaat.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı oyunçu ilə yeni müqavilə imzalamaqla bağlı aparılan danışıqların son durumu ilə bağlı deyib: “Messinin müqavilə yeniləmə prosesi yaxşı irəliləyir”.
Qeyd edək ki, 34 yaşlı futbolçu ötən mövsüm La Liqada meydana çıxdığı 35 matçda 30 qol vurub, 11 qolun ötürməsini verib.























