“Barselona” Lamin Yamal ilə yeni uzunmüddətli müqavilə imzaladı

image-d04a1518-464d-3e2b-a153-cfc2a58c5f3b_850backend

İspaniyalı futbolçu 17 yaşlı Lamin Yamal “Barselona” futbol klubu ilə müqaviləsinin müddətini uzadıb.

Busaat.az Report.az-a istinadən xəbər verir ki, müqavilənin müddəti 2031-ci ilə qədər davam edəcək.

Lamin Yamal 2023-cü ildən “Barselona”nın şərəfini qoruyur. Klubun tərkibində o, ikiqat İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun və Superkubokunun qalibi olub. Bu mövsüm Yamal müxtəlif turnirlərdə 55 matçda “Barselona”nın heyətində 18 qol vurub.

İspaniya milli komandasının tərkibində Yamal 2024-cü il Avropa Çempionatının qalibi olub və turnirin ən yaxşı gənc oyunçusu kimi tanınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki