“Barselona” və “Real” arasında bu mövsümün ilk matçının tarixi məlum olub

image-barselona-ve-realbackend

Busaat.az xəbər verir ki, 2023/2024-cü il mövsümündə Kataloniya “Barselona”sı ilə “Real” arasında ilk oyunun nə vaxt keçiriləcəyi məlum olub.

İlk El Classico oktyabrın 28-də Barselonada keçiriləcək. İspaniya çempionatı çərçivəsində baş tutacaq oyuna Bakı vaxtı ilə saat 19:15- start veriləcək.

Xatırladaq ki, “Barselona” baş-başa görüşlərdə qələbə sayına görə “Real”ı qabaqlayır – “mavi qranatlılar” 102 dəfə, madridlilər 101 dəfə qalib gəlib.

Bu günə olan məlumata görə, İspaniya çempionatının turnir cədvəlinə “Real Madrid” başçılıq edir. Karlo Ançelottinin komandası mövsümün ilk dörd oyununda 12 xal toplayıb. “Barselona” “Real”dan 2 xal geri qalaraq üçüncü pillədə qərarlaşıb. Növbəti, 5-ci turda “Real” “Real Sosyedad”, “Barselona” isə “Betis”lə qarşılaşacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90