“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Atletiko”nun baş direktoru Migel Anxel Gilin “qaymaqlılar”a ünvanladığı sözlərə münasibət bildirib.
Busaat.az xəbər verir ki, bu barədə Marca məlumat yayıb.
“Mən buna əhəmiyyət vermirəm, hər kəs istədiyini söyləməkdə və etməkdə azaddır. Məncə, Gil böyük səhv etdi, amma heç kim mükəmməl deyil”, – Ançelotti deyib.
Yeddi turdan sonra “Real” 18 xalla İspaniya çempionatının turnir cədvəlində ikinci yerdədir. Komanda lider “Jirona”dan bir xal geri qalır. “Atletiko” isə öz növbəsində 13 xalla 5-ci yerdədir.
Növbəti turda “Real” “Jirona”, “Atletiko” isə “Kadis”lə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq sentyabrın 30-da və oktyabrın 1-də baş tutacaq.