“Real Sosyedad” La Liqanın son matçında “Atletiko” ilə oyunda məğlubiyyətə görə (1:2) hakimləri ədalətsizlikdə ittiham edib.
Busaat.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
“Bu itki ağırdır. Yalnız bir istiqamətdə penalti təyin etmək ədalətsizlikdir. İndi beynəlxalq fasilə zamanı dincəlmək və diqqəti qarşıda olanlara yönəltmək vaxtıdır”, – “Real Sosyedad”ın rəsmi saytındakı bəyanatda deyilir.
Göy-ağlar müraciətində “matrasçılar”a qarşı qanuni penaltinin verilmədiyini vurğulayırlar. Eyni zamanda, görüşün baş hakimi funksiyasını yerinə yetirən Xose Munuera Montero son dəqiqələrdə “Real Sosyedad”ın qapısına penalti təyin edib.