Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 481 $▲0.58%
  • Ethereum1 813 $▲2.49%
  • S&P 5007 562▼0.40%
11°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Cəmiyyət

Baş Prokurorluqdan XƏBƏRDARLIQ

image-1703155463_1688995014402641222_1200x630-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilib.

Bu barədə Busaat.az-a Baş Prokurorluqdan məlumat verilib.

Qeyd edilib ki, Baş Prokurorluq ekoloji hüquqpozuntularına qarşı mübarizəni davam etdirərək həm pozuntulara yol vermiş şəxslərin məsuliyyətə cəlb edilməsi ilə yanaşı belə pozuntulara şərait yaradan halların vaxtında müəyyən edilərək aradan qaldırılması istiqamətində tədbirlər görür.

“Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə birgə ekoloji pozuntuların təhlil edilməsi ilə müəyyən edilmişdir ki, yaşıllıqların uçotu və qeydiyyatı, həmçinin reyestrin formalaşdırılması və aparılması sahəsində yerli icra və özünü idarəetmə orqanlarının faəliyyəti lazimi səviyyədə təşkil edilmir.

Belə ki, bir sıra hallarda yerli və özünüidarətmə orqanları yaşıllıqların uçot və monitorinqini apararaq bu barədə məlumatları yaşıllıqların kadastrınının aparılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etməməklə ekoloji hüquqpozuntularının törədilməsinə şərait yaradıblar.

Yaşıllıqların mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularından çəkinmələri barədə bir sıra yerli qurumlara rəsmi xəbərdarlıq edilmişdir”, – məlumatda bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=131139