Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin Olimpiya təsnifat turnirindəki rəqibləri müəyyənləşib.
Busaat.az xəbər verir ki, təmsilçimiz Polşa, Çili, Honkonq, Macarıstan, Niderland, Misir və Monqolustan komandaları ilə qarşılaşacaq.
Turnirin təşkil olunacağı məkan hələ açıqlanmayıb. Reqlamentə əsasən, yalnız qalib komanda Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.