“Bavariya” “Barselona”nın yarımmüdafiəçisini almaqda maraqlıdır

image-pedribackend

“Bavariya” “Barselona”nın futbolçusu Pedri üçün rekord məbləğ ödəməyə hazırdır.

Busaat.az xəbər verir ki, bu barədə Todofichajes məlumat yayıb.

Mənbə bildirib ki, Münhen klubu ispan yarımmüdafiəçini növbəti mövsüm üçün transfer etməyi gözləyir. İstedadlı yarımmüdafiəçini almaq üçün “Bavariya” tarixində rekord məbləğ ödəməyə hazırdır. Klub onun üçün 120 milyon avro təklif etmək niyyətindədir.

20 yaşlı Pedri 2019-cu ildə 17,5 milyon avroya “Las Palmas”dan “Barselona”ya keçib. Yarımmüdafiəçi bir mövsüm icarə əsasında doğma klubunda oynayıb. Pedrinin “Barselona” ilə müqaviləsi 2026-cı ilin iyununa qədərdir. Transfermarkt internet portalı ispaniyalının 100 milyon avro olduğunu qiymətləndirir.

“Barselona” növbəti matçını sentyabrın 27-də keçirəcək. Xavinin komandası İspaniya çempionatında səfərdə “Malyorka” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki