“Bavariya”nın direktoru Noyerin gələn həftə məşqlərə qayıdacağına ümid edir

image-manuel-noyerbackend

“Bavariya”nın idman direktoru Kristof Freund uzun müddətdir zədəsini sağaldan Münhen klubunun qapıçısı Manuel Noyerin səhhəti barədə danışıb.

Busaat.az xəbər verir ki, bu barədə T-Online məlumat yayıb.

“Manuelin qayıdışına az qalıb. Sadəcə bir neçə gün məsələsi ola bilər. Əlbəttə ki, diqqətli olmaq lazımdır, o, uzun müddət qaçırdı. Bu mərhələdə yükü düzgün paylamaq vacibdir. Ümid edirəm ki, yaxın bir neçə gün və ya gələn həftə o, komanda ilə birlikdə məşqlərə qayıdacaq”, – deyə Freund bildirib.

Xatırladaq ki, Almaniya millisi Qətərdə keçirilən dünya çempionatında çıxışını başa vurduqdan sonra Noyer dağ-xizək kurortunda istirahət edərkən ayağını sındırıb. Futbolçuya sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki