“Bavariya”nın idman direktoru Kristof Freund “Tottenhem”in sahibi Daniel Levinin London klubunun hücumçu Harri Keyni almaq imkanının olması ilə bağlı fikirlərini bildirib.
Busaat.az xəbər verir ki, Sky Sport Germany məlumat yayıb.
“Biz heç vaxt müqavilənin təfərrüatları ilə bağlı heç nə açıqlamırıq. Aydındır ki, Keynin bura çox xoşuna gəlir və 4 illik müqaviləsi var. Onunla uzunmüddətli planlar qururuq və onun dövrü formalaşdıracağına əminəm. “Bavariya”da qarşıdakı bir neçə il üçün onun böyük hədəfləri var,” – Sky Sport Germany Freunddan sitat gətirir.
Xatırladaq ki, Keyn yay transfer pəncərəsində 100 milyon avroya “Tottenhem”dən “Bavariya”ya keçmişdi. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Bu mövsüm Keyn “Bavariya”nın heyətində bütün turnirlərdə 6 oyun keçirib və bu matçlarda 5 qol vurub və iki məhsuldar ötürmə edib.