Keyn: “Nəhayət ki, qalib klubdayam”

image-harri-keynbackend

“Bavariya”nın hücumçusu Harri Keyn Münhen klubu ilə London “Tottenhem”i arasındakı fərqdən danışıb.

Busaat.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

“Bavariya”nın tamamilə fərqli mentaliteti var. Bu, mənim daha yaxşı oyunçu olmağıma və irəli getməyimə kömək edir. Mən kuboklar, Çempionlar Liqası üçün mübarizə aparmaq istəyirəm. Nəhayət ki, qalib klubdayam “,- deyə Bild Keyndən sitat gətirir.

Qeyd edək ki, Harri Keyn yay transfer pəncərəsində 100 milyon avroya “Tottenhem Hotspur”dan “Bavariya”ya keçib. Onun klubla müqaviləsi 2027-ci ilə qədərdir.

Münhen klubuna keçməzdən əvvəl Keyn bütün karyerasını İngiltərə Çempionatı komandalarında keçirib. Peşəkar karyerasının böyük hissəsini keçirdiyi hücumçunun doğma klubu London “Tottenhem”idir.

Keyn ötən mövsüm “Tottenhem”in heyətində bütün turnirlərdə 49 oyuna çıxıb, 32 qol vurub və 5 məhsuldar ötürmə verib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki