“Bavariya” Boatenqlə müqavilə imzalamayacaq

image-bavariyabackend

“Bavariya” müdafiəçi Jerom Boatenqlə müqavilə imzalamayacaq.

Busaat.az xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Mənbənin sözlərinə görə, müqaviləni imzalamaqdan imtina etməkdə həlledici amil Boatenqin döyülmə (onun keçmiş sevgilisini döydüyü iddia olunur) ilə bağlı araşdırılmamış cinayət işi olub. Rəsmi səhvlərə görə hökm ləğv edilib və məhkəmə prosesi Münhen Regional Məhkəməsinə veriləcək.

Xatırladaq ki, Boatenq on il “Bavariya”da çıxış edib. Almaniyalı müdafiəçi bu müddət ərzində Münhen klubunun heyətində 363 matçda iştirak edib, 10 qol vurub və 25 məhsuldar ötürmə verib.

Alman müdafiəçinin son klubu “Lion” olub. Boatenqin Fransa klubu ilə müqaviləsi bu il iyulun 1-də başa çatıb. Tərəflər əməkdaşlığı yeniləməmək qərarına gəliblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki