“Bavariya” Oktoberfest şərəfinə forma təqdim etdi

image-bavariya-fkbackend

“Bavariya” Oktoberfestin şərəfinə hazırlanmış yeni formanı təqdim edib.

Busaat.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məluat dərc olunub.

“Bu mövsüm Tomas Müller, Harri Keyn, Alfonso Devies və onların komanda yoldaşları Çempionlar Liqası köynəkləri kimi dağ çiçəyi dizaynı və sinəsində klubun tarixi gerbi olan yaşıl Oktoberfest köynəklərində oynayacaqlar. Arxa tərəfdəki ad və nömrə ağ rəngdədir”, – deyə klubun rəsmi saytında bildirilib.

Tomas Tuçelin komandası yeni formanı ilk dəfə sentyabrın 15-də Almaniya Bundesliqasında “Bayer Leverkuzen”lə ev oyununda geyinəcək. Görüş Allianz Arena stadionunda baş tutacaq. Oyunun startı Bakı vaxtı ilə saat 22:30-a planlaşdırılıb. Bayern qadın futbol klubu dizaynı elə həmin gün Frayburqa səfərdə liqanın açılış matçında debüt edəcək.

Xatırladaq ki, klub emblemi “Bavariya”nın 1923-1954-cü illərdə, İkinci Dünya Müharibəsi zamanı fasilə ilə geyindiyi versiyadır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki