“Bayden müharibəni 5 dəqiqəyə də bitirə bilərdi” – Zelenskidən Trampa cavab

image-999backend

Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, Amerika lideri Co Bayden Ukraynanın bahasına müharibəni “beş dəqiqəyə” bitirə bilərdi.

Belə ki, o, “ABC News” telekanalına müsahibəsində ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkidə qalib gələrsə, “müharibəyə 24 saat ərzində son qoyacağı” sözlərini şərh edib.

“Sadəcə müharibəni bitirmək istəmək əladır. Amma bu arzu bəzi real təcrübəyə əsaslanmalıdır. Görünür, Donald Trampın öz vaxtında o 24 saatı var idi. Biz müharibədə idik, tam müharibə yox, amma müharibədə vəziyyətində idik və güman edirəm ki, onun bu vaxtı var idi, amma görünür, başqa prioritetləri də var idi”, – deyə Zelenski ironiya edib.

“Əgər biz müharibəni Ukraynanın bahasına başa vurmaqdan, yəni bizi ərazilərimizdən imtina etməyə məcbur etməkdən danışırıqsa, yaxşı, hesab edirəm ki, bu yolla Bayden bunu hətta beş dəqiqəyə də bitirə bilər. Amma biz razılaşmazdıq”, – deyə prezident əlavə edib.

Zelenski ABŞ-da qarşıdan gələn prezident seçkilərini müdaxilə etmək istəmədiyi daxili siyasi məsələ adlandırıb.

“Ukraynaya ABŞ-da hər iki partiyanın dəstəyini davam etdirmək bizim üçün vacibdir. Biz başa düşürük ki, ayrı-ayrı ABŞ siyasətçilərindən Ukraynaya yardımı kəsmək üçün təhlükəli siqnallar gəlir”, – deyə Volodimir Zelenski vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki